Nil çayı

coğ. Nil (le fleuve)

Nikoziya
nilüfər
OBASTAN VİKİ
Nil çayı
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Ağ Nil
Ağ Nil (ərəb. النيل الأبيض‎, translit. ən-Nil ul-əbyəz) — Nil çayının Sudanda Bəhr ül-cəbəl və Bəhr ül-qəzal çaylarının birləşdiyi yerdən Mavi Nilin mənsəbinədək olan hissəsinin adı. Uzunluğu 957 kilometrdir. == Etimologiya == Ağ Nilin sağ qolu olan Subatın daşqın vaxtı Ağ Nilə gətirdiyi maddələr suya ağımtıl rəng verdiyindən çay belə adlanır. == İqtisadiyyat == Balıq tutulur. Gəmişiyə yararlıdır. Suvarmada istifadə edilir.
Convolvulus nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Eliz Nil
Eliz Demetriya Nil (ing. Elise Demetria Neal; 14 mart 1966, Memfis, Tennessi) — ABŞ aktrisası.
Ipomoea nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mavi Nil
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Nil Armstronq
Nil Armstronq (5 avqust 1930[…] – 25 avqust 2012[…], Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Nil Karaibrahimgil
Nil Karaibrahimgil Ərənər (17 oktyabr 1976, Ankara) — Türk musiqiçi.
Nil Kempbel
Nil Kempbel (ing. Neil Campbell; 17 aprel 1946, Kalver-Siti[d], Kaliforniya – 21 oktyabr 2004, Redlends[d], Kaliforniya) — ilk dəfə 1987-ci ildə və daha sonra dəfələrlə çap olunmuş "Biologiya" dərsliyi ilə tanınan, amerikalı bioloq, alim. Bu dərslik dünyadakı 700.000-dən çox yuxarı sinif şagirdi və universitet tələbəsi tərəfindən istifadə olunub. Nil Kempbel 17 aprel 1946-cı ildə Kalver-Siti şəhərində anadan olub. Zoologiya üzrə magistr dərəcəsini Los-Anceles Kaliforniya Universitetində müdafiə etmiş, doktorluq dərəcəsini isə bitkilərin botanikası mövzusunda Riversayd Kaliforniya Universitetində müdafiə edib. 30 ildən artıq Kornell Universitetinin, Pomona Kollecinin, Riversayd Kaliforniya Universitetinin, San Bernardinyo Valli Kollecinin auditoriyalarında dərs deyib. Kempbel bir sıra mükatlara layiq görülüb: 2001-ci ildə Riversayd Kaliforniya Universiteti tərəfindən Fərqlənən Məzun Mükafatı və 1986-cı ildə San Bernardinyo Valli Kolleci tərəfəfindən ilk dəfə verilən Görkəmli Professor Mükafatı. Kempbel, həmçinin, sahil və səhra bitkilərini öyrənən tədqiqatçı idi. O, müəyyən bitkilərin müxtəlif duzluluq, temperatur və pH göstəricilərinə sahib mühitlərdə özlərini necə uyğunlaşdırması ilə bağlı tədqiqata rəhbərlik etmişdir. Əlavə olaraq, o, Mimoza bitkisi və digər paxlakimilərin öyrənilməsi ilə bağlı araşdırmalara da rəhbərlik etmişdir.
Nil Qeyman
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Nil Uşakov
Nil Valeryeviç Uşakov rus. Нил Валерьевич Ушако́в, (latış. Nils Ušakovs‎; (d.6 avqust 1976-cı il, Riqa, Latviya SSR, SSRİ) — Latviya siyasətçisi, Riqa şəhərinin meri (1 iyul 2009-cu ildən). 2006–2009-cu illərdə Latviya parlamentinin deputatı olub. "Razılıq Mərkəzi" siyasi birliyinin sədridir.
Nil deltası
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir. Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır. Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür.
Nil timsahı
Nil timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri. Afrikada yayılan üç timsah növündən ən böyüyü, dünyada isə daraqlı timsahdan sonra ikincisi. Afrikadakı su və yarı su ekosistemində ən yüksək yeri tutur. Yetkinlər qara kərgədan, begemot, zürafə, Afrika kəli, adi kanna və aslan kimi böyük və güclü heyvanların öhdəsindən gələ bilərlər. Bundan əlavə Nil timsahı yaşayış mühitinə, ölçüsünə və gücünə görə insan yeyən bir timsah kimi məşhurdur. Qədim dövrlərdə bir qorxu və ibadət obyekti olmuşdur. İndiyə qədər bəlkə də, əsl timsah sinfinin ən məşhur növü olaraq qalır. Bu növün sayı nisbətən yüksək və sabitdir, lakin bəzi ölkələrdə populyasiyalar yox olmaq təhlükəsi ilə üzləşir. Bütün timsahlar kimi, Nil timsahının da gövdənin yan tərəflərində yerləşən qısa ayaqları, sıra sümük lövhələrlə örtülmüş pullu dərisi, uzun güclü quyruğu və güclü çənələri vardır.
Nil xanısı
Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölü və Viktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər.
Nil çoxüzgəclisi
Nil çoxüzgəclisi (lat. Polypterus bichir) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
Pharbitis nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Nil Geyman
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Nil Mohan
Nil Mohan (14 iyul 1972, Lakhnau) — 16 fevral 2023-cü ildə Syuzan Voyçiçkidən sonra YouTube-un dördüncü və hazırkı CEO-su olan Hindistan əsilli amerikalı biznes meneceri.
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.
Nil Deqrass Tayson
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[…], Manhetten, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır. Tayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib. Tayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.
Qərbi Nil qızdırması
Qərbi Nil qızdırması — adətən ağcaqanadlarla yayılan Qərbi Nil virusunun səbəb olduğu infeksiya. Yoluxan insanların təqribən 80%-də simptomlar az olur və ya heç olmur. Təxminən 20%-də isə qızdırma, baş ağrısı, qusma və səpgilər müşahidə olunur. 1%-dən az insanlarda ensefalit və ya meningit baş verir, buna boyun sərtliyi, bulanıq şüur və ya epileptik tutmalar da daxildir. Sağalmaq həftələrdən aylara qədər çəkə bilər. Nerv sisteminə təsir edənlərdə ölüm riski təxminən 10 faizdir. Qərbi Nil virusu adətən yoluxmuş quşlarla qidalanan və tez-tez xəstəlik daşıyıcısı olan ağcaqanadlar tərəfindən yayılır. Nadir hallarda virus qan köçürmə, orqan köçürməsi və ya hamiləlik, doğuş və ya südvermə zamanı anadan uşağa keçə bilər, amma insanlar arasında birbaşa yayılmır. Şiddətli xəstəlik riski 60 yaşdan yuxarı olmaq və digər sağlamlıq problemlərinin olmasıdır. Diaqnoz adətən simptomlar və qan testlərinə əsaslanır.